“Ölkəmizdə bir çox peşə sahiblərinin bayramları, peşə günləri mövcuddur. Bu mənada, bələdiyyə üzvlərinin və qulluqçularının da "bələdiyyə günü" adı altında bayramının təsis olması müsbət və sevindirici hal olardı”-bu fikirləri Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin “Bələdiyyə qulluqçularının peşə bayramı” ilə əlaqədar ictimailəşdirdiyi məsələyə münasibət bildirirərkən deyib.
Onun sözlərinə görə, "hələ 1999-cu ildə ölkədə ilk dəfə bələdiyyə seçkiləri keçiriləndə Ümummilli Lider Heydər əliyev bildirirdi ki, bələdiyyələr demokratiyanın bərqərar olmasında əvəzsiz rola malik olacaqlar və xalq yerli idarəçilikdə birbaşa iştirak edəcəkdir. Zamanla bu fikirlər öz əksini tapdı və ötən dövrdə ölkədə bələdiyyə institutu formalaşdı. Belə olan halda isə bələdiyyə işçilərinin peşə bayramının təsis edilməsi və keçirilməsi heç şübhəsiz, mühüm addım olardı.
Və bu gün ölkə Prezidenti cənab ilham əliyev də biz bələdiyyələrii daima diqqətdə saxlayır, zamanın tələblərindən irəli gələn fərman və sərəncamlara imza atır. Hətta nəzər salsaq görərik ki, Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsinə qərar verilən Referendum aktında da bələdiyyələrin fəaliyyətinəşamil olunan bənd var. Beləliklə, düşünürəm ki, "peşə günü"nün təsis edilməsi haqqında başladılan sorğu aktualdır və müsbət nəticə olacağı təqdirdə, bu sahənin insanlarına sonsuz sevinc bəxş edəcək."
Belediyye.info